Yağışa görə əmlakları zərər görənlərin NƏZƏRİNƏ: Kompensasiya VERİLƏ BİLƏR

İqtisadiyyat

  Son günlər leysan yağışları və güclü külək nəticəsində təsərrüfatlara, evlərə və ayrı-ayrı vətəndaşın sağlamlığına ciddi ziyan dəyib.

Əhaliyə dəymiş ziyanların hansını sığorta ödənişi gözləyir?

Suala Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov aydınlıq gətirib.

Sığorta növləri var ki, onlar bir çox hadisələrə görə ödəniş təminatı verə bilir:

“Bunlar hansı sığorta növləri olduğunu demək istəyirəm. Məsələn daşınmaz əmlakın icbari sığortası üzrə sığorta növünü əldə edən vətəndaşlar varsa, onlar baş vermiş təbii fəlakətlərə görə dəymiş zərər qarşılığında sığorta ödənişi ala biləcəklər.

Eyni zamanda avtomobilinin kasko sığortası olan vətəndaş da güclü külək və leysan nəticəsində avtomobilinə dəymiş zərərə görə yardım ala bilər. Son 2 gündə təsərrüfatlara da ciddi ziyan dəyib. İstər heyvanlar, istərsə də 41 növ bitki üzrə sığorta etdirənlər, bunlar hamısı aqrar sığortadan müvafiq ödəniş ala biləcəklər”.

Amma son təbii hadisə nəticəsində avtomobillərə dəymiş ziyanı sığorta şirkətləri qarşılamır:

“Çünki icbari sığorta yalnız yol-nəqliyyat hadisəsi zamanı qarşı tərəfin əmlakına və sağlamlığına dəymiş ziyanı qarşılayır”.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir