Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev həlak olub.
1993-cü il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.
Ailədə iki qardaş, iki bacı olublar. Evin sonbeşiyi olan H.İsayev ailə həyatı qurmayıb. Onun atası Zəlövşan İsayev 15 ilə yaxındır ki, Rusiyanın Tula vilayətində yaşayırmış. O, bir neçə il sonra ailəsini də öz yanına aparıb. Hüseyn Tulada atasının bir neçə obyektinə nəzarət edir, icarə haqqı toplayırmış.
Bazarda bir nəfər dəfələrlə Hüseyn İsayevi təhqir edib, hətta bir dəfə başını da yarıbmış. Bu davalar bir neçə dəfə təkrarlanıb. Hüseyn isə təhqirlərə, zorakılığa dözə bilməyərək onu bıçaqla qətlə yetirib. Məhkəmə Hüseyn İsayevi uzunmüddətli həbs cəzasına məhkum edib.
MUASİRMEDİA.AZ