Azərbaycan ədəbiyyatına “Abşeron”, “Tərlan” kimi sanballı romanlar bəxş edən Mehdi Hüseyn

Tarix
Azərbaycan ədəbiyyatına “Abşeron”, “Tərlan” kimi sanballı romanlar bəxş edən Mehdi Hüseynin Yazıçılar İttifaqında iclas zamanı, müəmmalı ölümü məni həmişə təəsüfləndirib…
Yazıçı Cəlal Bərgüşad “Dünyada nələr gördüm” kitabındakı “Vəzifə və şöhrət davası” məqaləsində Mehdi Hüseynlə Süleyman Rəhimovun münasibətlərinə toxunub. Yazıçı qeyd edir ki, vaxtilə Yazıçılar İttifaqında bərk çəkişmə gedirdi, ağsaqqal və tanınmış yazıçılarımız vəzifə və şöhrət davasına çıxmışdılar:”…ittifaqın birinci katibi məşhur tənqidçi və ədəbiyyatşünas Mehdi Hüseyn idi. O, çox prinsipial şəxs idi. Lakin həm qaraqabaq və həm də diliacı olduğundan çoxlarının ondan xoşu gəlmirdi. Onu da deyim ki, Mehdi müəllim həmişə həmişə ədəbiyyatımızın keşiyində möhkəm dayanırdı. Ağa qara, qaraya ağ demək onun təbiətinə yad idi. Di gəl ki, Mehdi müəllimin də özünün çox böyük nöqsanı vardı. Qazaxlı səsi eşidəndə elə bil nəzən – billah allahın səsini eşidirdi. Qazax – Tovuz zonasında iki-üç misra şeir qoşan və saz çalan aşıqların hamısını ucdantutma ittifaqa qəbul etmək istəyirdi. Məqsəd də o idi ki, seçki zamanı səsvermədə üstünlük əldə etsin. Mehdi Hüseyninin o vaxtlar Süleyman Rəhimovla arası möhkəm dəymişdi. Hərəsi özünü dahi sayırdı, hətta bir-birini inkar edirdilər. Kim böyük yazıçıdır? Kimi xalq daha çox sevir? Kimi xalq daha çox oxuyur? Bu, təbii ki, yazıçı qısqanclığı idi; keçmişdə də olub, gələcəkdə də olacaq. Mehdi müəllimin tərəfdarları mətbuatda Süleyman müəllimin əsərlərini, Süleyman müəllimin tərəfdarları isə Mehdi müəllimin əsərlərini möhkəm tənqid edirdilər”.

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir