Bu gün, 18 aprel görkəmli muğam ustası Məcid Behbudalı oğlu Behbudovun 152 yaşı tamam olur. Klassik muğamlarımızın, xalq mahnılarımızın mahir bilicisi və təkrarsız ifaçısı Məcid Behbudovun musiqi mədəniyyətimizin qorunub saxlanmasında və günümüzə qədər gəlib çıxmasında xidmətləri ölçüyə gəlməzdir.
İngiltərənin məşhut THE GRAMOPHONE CO. LTD. şirkıti 1906-1920 illər ərzində böyük sənətkarın səsi ilə 40-dan artıq val buraxaraq dünyaya yaymışdı. Bu gün Böyük Britaniyanın Kral kitabxanasında Məcid Behbudovon səsi yazılmış 40 val qorunur.
Fransanın Pate şirkəti də Məcid Behbudovun səsi yazılmış onlarla val buraxmış və dünyada geniş yaymışdır. Pate şirkətinin buraxdiği valların nüsxəkəri isə Fransa Milli kitabxanasında qorunur.
(18.04.1873 Şuşa)
(06.09.1945 Qazax)
MUASİRMEDİA.AZ



