Şövkət xanım Məmmədova 1897-ci ildə Gürcüstanın Tbilisi şəhərində, kasıb pinəçi ailəsində anadan olub.
Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərib. Şövkət Məmmədova 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olub.
Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərib. Şövkət Məmmədova 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olub.
Sənət yoluna gənclik illərində qədəm qoyan Şövkət xanım 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. O, həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Həmin tamaşanın dirijorluğunu isə Üzeyir bəy Hacıbəyovun özü edirmiş. Əldə olunan gəlir də Şövkət xanımın təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulurdu. Lakin Şövkət Məmmədova səhnəyə çıxıb Azərbaycan dilində və italyanca oxuyanda bəzi qarafikirlilər teatrdan çıxıb gedirlər. Bu zaman Kəblə Qubad rolunu oynayan Mirzağa Əliyev təşvişlə Üzeyir bəyə yaxınlaşır: “Bəy, necə edək? Tamaşadan çıxıb gedirlər”. Üzeyir bəy özünəməxsus yumorla Mirzağanı sakitləşdirir və əlavə edir: “Qoy gedənlər getsinlər, bizə qalanlar lazımdır”
Yazılanlara görə, konsertdən sonra qadının səhnəyə örtüksüz çıxması və Şövkətin bu cəsarəti şəhər müsəlman icmasını bərk qəzəbləndirir. Bakı qoçuları buna görə Şövkət Məmmədovanı öldürmək istəsəyirlər. Lakin Üzeyir Hacıbəyli və dostlarının köməyilə o, teatrın arxa qapsından qaçırılaraq Abşeron kəndlərinin birində gizlədilir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova bundan sonra musiqi təhsilini Tiflisdə davam etdirir…
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU