Görkəmli maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist Sultan Məcid Qənizadənin həbsdə çəkilmiş fotosu

Tarix
Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoymuş görkəmli şəxsiyyətlərimizdən biri də Sultan Məcid Qənizadə idi. O, 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində “Məsihzadə” imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası isə tacir idi. Haqqında yazılıb ki, o, Şamaxının sayılıb-seçilən ziyalılarından biri olub və elmə, maarifə böyük maraq göstərib. Bu səbəbdən də oğlunun ilk müəllimi elə özü olub.
Rus dilini mükəmməl bilən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olub. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbib bəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə “Rus – Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail olub…
Sultan Məcid Qənizadə “Axşam səbri xeyir olar” əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orijinal əsəri “Məktubati Şeyda bəy Şirvani” ümumi başlığı altında yazdığı “Müəllimlər iftixarı” hekayəsi və “Gəlinlər həmayli” romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi də dəyərləndirilir. Sultan Məcidin yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur. Bununla yanaşı, görkəmli şəxsiyyət tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri isə Lev Tostoyun “Əvvəlinci şərabçı” əsəridir.
Sultan Məcid Qənizadə minlərlə Azərbaycan ziyalısı kimi repressiyanın qurbanı olmuş, ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyət həbs edilərək “xalq düşməni” kimi 1938-ci ilin martında güllələnmişdir…
2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir