Gəncənin əsilzadə xanımı. Cavad xanın xanımının adını daşıyan, Nəsib bəy Yusifbəylinin bacısı, Şeyxülislam Məhəmməd Pişnamazzadənin həyat yoldaşı, Şəfiqə xanım Qaspıralının ən yaxın rəfiqəsi – Şüküfə xanım Yusifbəyli (Pişnamazzadə)

Minexanım Nuriyeva-Tekeli, Yusifbəyli ailəsinin qız övladı Şükufə Pişnamazzadə (1879 – 1943) dövrünün azsaylı ziyalı xanımlarından biri olub. O, qadınların savadlanmasında böyük xidmətlər göstərib. Şükufə Pişnamazzadə Gəncə gimnaziyasının müdiri işləyib və xeyriyyə fəaliyyəti ilə məşğul olub. Haqqında yazılıb ki, hələ çar dövründə Gəncədə ilk uşaq bağçasını Şükufə xanım açıb. Sovet hökuməti qurulan ilk vaxtlarda bağçanı bu evə köçürməklə Yusifbəylilər mülkünün müsadirə edilməsinin qarşısını ala bilib. Mən bildiyim qədərilə Nəsib bəy, Yusifbəylinin iki bacısı olub. Bir neçə mənbədə onun bir bacısının olduğunu da deyirl
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU