Bu gün səhər saatlarında Qubada “Təngə dərəsi” adlanan turistik əraziyə iri qaya parçası düşüb.
Nəticədə sıldırım qayalıqdan keçən yeganə yol tamamilə bağlanıb. 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə Azərbaycan Avtomobil Yolları Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları gəlsə də qaya parçasını hələ ki ərazidən çəkmək mümkün deyil. Mütəxəssislər daş kəsən xüsusi texnikaya ehtiyac olduğunu bildirirlər. Hazırda Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün ərazidədir.

https://studio.youtube.com/video/tBEXMhWjd60/edit
MUASİRMEDİA.AZ
YAQUB MEHDİOĞLU