Nə qədər desən də həqiqətləri, Anlayıb, duyanmır sözü hər adam

Cəmiyyət
HƏR ADAM
Nə qədər desən də həqiqətləri,
Anlayıb, duyanmır sözü hər adam,
Dilinə gətirib sözün düzünü,
Danışa bilməyir düzü hər adam.
İnsana insantək yanıb, alışıb,
El üçün ürəkdən, candan çalışıb,
İnsanlıq hissini duyub, danışıb,
Yaxşılıq edənmir özü hər adam.
Zamanın, dövranın, qalmaqalında,
Şan-şöhrət gəzməyib dünya malında,
Yaşayıb, yaradıb ömür yolunda,
Salanmır cığırı, izi hər adam.
Söz elə neymətdir ləl-gövhərindən,
Anlayıb, duyasan gərək dərindən,
Ayıra bilməyir biri-birindən,
Alışan ocağı, közü hər adam.
Ömrünü, gününü versə də yelə,
Nə qədər xoş sözlər gəlsə də dilə,
Natiqəm, oxuyub, öyrənmək ilə,
Ağ edə bilməyir üzü hər adam.
Natiq Əlisoy | 19.04.2025

1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Natiq Əlisoy | 19.04.2025
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir