Azərbaycan ədəbiyyatında detektiv janrın əsasını qoyan yazıçı – jurnalist, publisist Cəmşid Əmirovun nadir fotolarından biri. O, SSRİ dövründə bir müddət qadağan olunan, lakin gizli şəkildə oxunan və real hadisələr əsasında qələmə alınan “Qara Volqa” əsərinin müəllifidir. Azərbaycan ədəbiyyatında detektiv janrın (və dedektiv jurnalistikanın – M.R) banisi hesab edilən yazıçı Cəmşid Əmirov milli ədəbiyyatımızı “Sahil əməliyyatı”, “Şəhər yatarkən”, “Brilyant məsələsi” kimi əvəzsiz romanlarla zənginləşdirmişdir.
MUASİRMEDİA.AZ