Təzə zəncəfil suyu səhər acqarına içildikdə immun sistem güclənir

Səhiyyə

Səhər acqarına içilən zəncəfil suyu bədənin təbii müdafiə mexanizmini gücləndirə bilər. Zəncəfilin tərkibindəki gingerol maddəsi güclü antioksidant və iltihabəleyhinə təsirə malikdir.  Bu maddə immun hüceyrələrinin aktivliyini artırır və viruslara qarşı müqaviməti yüksəldirb

Eyni zamanda, mədə-bağırsaq sistemini tənzimləyərək orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. Araşdırmalar göstərir ki, zəncəfil bağırsaq mikroflorasına da müsbət təsir göstərir. Bu isə immunitetin 70%-nin mədə-bağırsaqda formalaşdığını nəzərə alsaq, olduqca vacib amildir.

Zəncəfil suyu həmçinin qan dövranını sürətləndirir və orqanizmin oksigenlə təchizatını yaxşılaşdırır. Bu da hüceyrələrin bərpasını sürətləndirir. Səhər saatlarında içildikdə enerjini artırır və günə daha gümrah başlamağa imkan verir. Hər gün bir stəkan təzə sıxılmış zəncəfil suyu içmək xüsusilə payız-qış mövsümündə faydalıdır.

Amma yüksək təzyiq, mədə problemi olanlar həkimlə məsləhətləşmədən istifadə etməməlidirlər. Doza aşımı əks təsir göstərə bilər.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir