Allah,qəhrəman Bağırov qardaşlarına rəhmət eləsin.Bu gün doğum günü mübarək olan
Alı ilə məni, böyük qardaşı,ruslar tərəfindən Bakıda şəhid edilmiş,millət vəkili Eldar bəy,1990-cı ilin aprel ayında,Ağdamda tanış etmişdi.Sonradan əsl adının Allahverdi olduğunu bildim.O vaxt, ruslar tərəfindən həbsdə saxlandığım Tiflisdən, Eldar bəyin köməkliyi ilə, Ağdam həbsxanasına gətirilmişdim. Azərbaycan hökuməti və doğmalarım harda saxlandığımı bilmirdi. Eldar bəyə, Tiflisdə olduğumu,həbsxana yoldaşım və məndən əvvəl həbsdən çıxan,milliyyətcə gürcü inqilabçı Rabinin vasitəsilə çatdırmağa nail ola bilmişdim. AXC Ağdam şöbəsinin sədri,Eldar bəy də,Ağdamın komendantının köməkçisini girov götürüb, mənimlə dəyişərək Ağdama gətirilməyimi bacarmışdı…uzun söhbətdi…
Əslən Qubadlının Eyvazlı kəndindən olduqlarına görə,bir-birimizə əmioğlu deyə müraciət edərdik…
Kişi ömrü yaşamış mərd qardaşlarımızın,
Məkanları cənnət,yerləri behişt olsun.
MUASİRMEDİA.AZ
AYDIN ŞÜKÜROV QAZİ

 
			 
						 
						