“Bakılı oğlanlar” KVN komandasının kapitanı Anar Məmmədxanlı və dünya şöhrətli aktyor Robert de Niro

Tarix
“Bakılı oğlanlar” KVN komandasının kapitanı Anar Məmmədxanlı və dünya şöhrətli aktyor Robert de Niro. (Moskva, 2000-ci illər)
Məmmədxanlının Robert de Niro haqqında xatirələrindən biri:
“Moskvada tanış olduq. Gecə dostlarımız içib sərxoş oldu. Robert de Niro ilə mənim vəziyyətim yaxşıydı. Mənə Moskvanı gəzmək istədiyini dedi.
Onu şəhərin görməli yerlərinə apardım. Səhərə yaxın dedi ki, sizin ölkədə bu vaxt nə yeyirlər? Cavab verdim ki, xaş. Dedi mən də xaş yemək istəyirəm.
Saat 6 olardı, onu Moskvada Qubadan gəlmiş dağ yəhudilərinin işlətdiyi bir restorana apardım. Hamı məni görüb öpüb-qucaqladı ki, xoş gəlmisən.
O boyda aktyoru qoyub məni belə qarşılamaqlarına görə bir az utandım. Ağzımı açıb demək istəyirdim ki, bəs bu, dahi aktyor Robert de Nirodur, birdən xaş bişirənlərdən biri qayıtdı ki, “fərqi yoxdu kimdi, sənlə gəlibsə o da bizim qardaşımızdı, əyləşin”.
Arxiv

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir