Ötən əsrin 60-cı illəri. JURNALİST NURƏDDİN BABAYEV

Tarix
Yazıçı – jurnalist, publisist Nurəddin Babayev və həyat yoldaşı Azərtac xanım. Ötən əsrin 60-cı illəri.
Nurəddin Babayev ədəbi fəaliyyətə 1939-cu ildə başlayıb. Onun dövrü mətbuatda, müxtəlif qəzetlərdə məqalə, oçerk və hekayələri nəşr olunub. Xatirələrdən öyrənirik ki, yazıçının yaradıcılıq fəaliyyətinə dəstək verən şəxslərdən biri də ailənin yaxın dostu, istiqlal şairimiz Əhməd Cavad idi.
Nurəddin Babayevin ilk kitabı 1945-ci ildə “Əbədi qəhrəmanlıq” adı altında işıq üzü görüb. O, Azərbaycan ədəbiyyatında və mətbuatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış və bu yolda novator kimi çıxış etmiş istedadlı qələm adamı idi.
Nurəddin Babayev II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan ədəbiyyatına onlarla hekayə, bir o qədər də povest, məqalə, oçerk verən yazıçı – jurnalistin məzar daşı üzərinə cəmi bir cümlə həkk olunub: “Ürəyimdə sözüm var…”

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏT OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir