Tarix boyunca insanlar yaşadıqları cəmiyyətlərdə fikir ayrılığına, mübahisəyə və qarşıdurmaya düçar olublar. Amma diqqətçəkən məqam odur ki, bu münaqişələr çox zaman zorla deyil, sözlə və anlaşma ilə həll olunmağa çalışılıb.
Dövlətlər yaranmamışdan əvvəl, qəbilələr və tayfalarda ağsaqqallar, müdrik şəxslər, neyrtral liderlər tərəflər arasında ədalətli razılaşmaların qurulmasında vasitəçi olublar. Onlar bu gün bizim mediator adlandırdığımız ilk barışdırıcılar idilər.
O dövrdə bu fəaliyyətin adı yox idi, amma mahiyyəti bu günlə eynidir – insanlar arasında körpü olmaq, qarşılıqlı razılaşmanı təmin etmək.
Zaman keçsə də, münaqişələr dəyişik formasında davam edir. Amma bu gün də onların ən konstruktiv həlli yolu – mediatorun iştirakı ilə dialoqdur.
MUASİRMEDİA.AZ
ZAUR QULİYEV