“Qarabağımızın Sevinci” adlı konsert haqqında- HİKİMƏT CƏMİL OXLUFOTOLAR

Mədəniyyət
Musiqişünas olmasam da, sıravi br tamaşaçı kimi 22 apreldə Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Sevinc Sarıyevanın iştirakı ilə “Qarabağımızın Sevinci” adlı konsert haqqında fikirlərimi bölüşmək istəyirəm.

1. Bu konsertin bileti ucuz, hamı üçün əlçatan idi. Konsertin özü isə bəzi konsertlərə nümunə olmaqla azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimizi ehtiva etməsi ilə çox bahalı konsert idi.
Sevinc Sariyeva konsertin əvvəlində vəd etdiyi kimi tamaşçıların ruhunu oxşaya bildi, qəlbləri riqqətə gətirdi, bizlərə duyğusal anlar yaşatdı, hətta kövrəltdi də.
2. Əməkdar artist Sevinc Sarıyevanın səhnəni şəhid anası, şəhid həyat yoldaşı ilə bölüşməsi, konsertdə Polad Həşimovun, Raquf Orucovun və s. şəhidlərimizin adlarının fəxarətlə çəkilməsi, konsertin Ağdamın fəxarət ünvanı Allahverdi Bağırovla ad günü ilə bir günə təsadüf etməsi və bunun böyük ehtiramla qeyd olunması çox qürurverici idi.
3. Konsert ilk dəqiqəsindən sonunadək Qarabağ sevdalıydı. Konsert 6 min şəhidin vətəni, Qarabağ ağrılarını ən çox yaşamış Ağdam ətirliydi. Bu konsert Ağdam qədər əzəzmətli, Ağdam qədər istiqanlı, Ağdam qədər doğma, Ağdamın adamları qədər şirin idi.
4. Sevinc Sarıyevanın çıxışıarında Uca Allaha bir şükranlıq vardı. Boynunda haqqı olan insanlara, ustadlarına böyük bir tribunadan dönə-dönə minnətdarlığını bildirməsi İslam dəyərlərimizə sədaqət nümunəsi idi.
5. Bu konsert ona görə əzəmətli idi ki, orda təkrar-təkrar böyük Xudu Məmmədovun adı çəkildi.
6. Konsertdə dəyərli ziyalılarımızı – tarixçi alimimiz Boran Əzizi, yazıçı Seyran Səxavəti, şair Qulu Ağsəsi dinləmək zəngin mənəviyyat dünyasında yaşamaq idi. Və həm də bir biletə 2 tədbirə qatılmaq idi. Seyran Səxavətin Sevinc Sarıyevaya “Xəbislikdən küsmüş adamdır” deməsi bütün sənət adamlarına xəbislikdən, paxıllıqdan uzaq durmaq mesayını verdi.
7. Konsertdə Rəşad İbrahimovun (tar), Nisbət Sədrayevanın, Aytac Süleymanlının və s. əsrarəngiz ifaları muğam sənətinin parlaq gələcəyindən xəbər verdi.
8. Qardaş Türkiyədən gəlmiş qonaqların konserti, o cümlədən Yunis İmrə dünyasından nümunələri sevə-sevə izləməsi də xoş təəəsüratlar yaratdı.

7 kişi görseli olabilir
MUASİRMEDİA.AZ 
HİKİMƏT CƏMİL OĞLU XUDİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir