ABŞ-nin Nyu-York şəhərində məhkəmə keçmiş Nyu-Cersi senatoru Robert Menendezin həyat yoldaşı, erməni əsilli Nadine Menendezi rüşvət almaqda və ədalətə mane olmaqda təqsirli bilinib.
BBC xəbər verir ki, Nadine Menendez bir neçə il ərzində əri ilə birlikdə siyasətdə təsir gücündən istifadə edərək pullar, qızıl külçələr və bahalı “Mercedes-Benz” avtomobili kimi hədiyyələr alıb.
Prokurorların sözlərinə görə, o, bu rüşvət planında əsas rollardan birini oynayıb.
Nadine 2023-cü ildə ittiham olunmuşdu, lakin xərçəng müalicəsi aldığı üçün məhkəməsi təxirə salınmışdı. Cəzası 2025-ci ilin iyununda elan olunacaq.
Rəsmilər bildirirlər ki, cütlük rüşvət müqabilində Misir hökumətinə gizli yardım göstərib. FTB onların evində yüz minlərlə dollar pul və qızıl tapıb.
Bu işlə əlaqədar başqa şəxslər – iş adamları və şirkət rəhbərləri də günahkar biliniblər.
Xatrladaq ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş Robert (Bob) Menendez və onun həyat yoldaşı Nadine Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından olublar. Bu ilin yanvar ayında ABŞ-də Nyu York ştatının Cənub Dairə Məhkəməsi Robert Menendezi 11 il həbs cəzasına məhkum edib.

MUASİRMEDİA.AZ