“Zelenski Ukraynanı itirə bilər” –Tramp

Dünya

“Əgər o, Krımı istəyirdisə, niyə bunun üçün mübarizə aparmadı?”

Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Ukrayna prezidenti Volodimir Zelenskini kəskin tənqid edən Tramp bildirib ki, 11 il əvvəl Krım bir güllə belə atılmadan Rusiyaya verilib.

O, həmçinin Zelenskini böhranın həllini çətinləşdirən təxribat xarakterli bəyanatlar verməkdə ittiham edib.

“Ukrayna üçün vəziyyət ağırdır – Zelenski ya sülh əldə edə bilər, ya da daha üç il mübarizə aparıb bütün ölkəni itirə bilər”, – Tramp bildirib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir