Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

İdman

Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Əvvəlcə yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub edərək, finala vəsiqə qazanıb.

İlk oyunda Naxçıvan klubu 1:0 hesablı qalib gəlib.

Masazırda “Sabah” “Neftçi”ni mübarizədən kənarlaşdırıb. Cavab oyunu 1:1 hesablı bitib.

İlk matçda “Sabah” səfərdə “Neftçi”ni 2:1 hesabıyla məğlub etdiyi üçün finala adlayıb.

Azərbaycan Kuboku

23 aprel

 

17:00 “Qarabağ” – “Araz-Naxçıvan” 3:0

Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77 (pen).

Tofiq Bəhramov adına Respublika stadionu.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev

VAR: Kamal Umudlu

AVAR: Rauf Cabarov

Hakim-inspektor: Vüsal Əliyev

 

20:00 “Sabah” – “Neftçi” 1:1

Qollar: Cesse Sekidika, 23 – Emin Mahmudov, 40

“Masazır Arena”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

AVAR: Tural Qurbanov

Hakim-inspektor: Babək Quliyev

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir