Bakının Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlar tapılıb

Hadisə

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatlar araşdırılır.

***

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışları aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir