Pezeşkian sabah Azərbaycana GƏLİR

Dünya

İran Prezidenti Məsud Pezeşkian sabah – aprelin 28-də Azərbaycana səfər edəcək.

MUASİRMEDİA.AZ xəbər verir ki,   “Mehr” agentliyi məlumat yayıb.

Bildirilir ki, səfər ikitərəfli əməkdaşlığı və dostluq əlaqələrini gücləndirmək niyyəti daşıyır.

Agentliyin məlumatına görə, İran regional gərginliyi azaltmaqla Culfa-Naxçıvan dəmir yolunu yenidən canlandıra, Bakı ilə İrəvan arasında etimadın yaranmasına kömək edə bilər.

Bununla yanaşı, transsərhəd bazarların inkişafı, regional təşkilatlarda əməkdaşlıq və Xəzər dənizinin hüquqi rejimi kimi strateji məsələlər üzrə dialoq münasibətlərin möhkəmlənməsi üçün əsasdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir