Bu gün tanınmış oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın doğum günüdür.

Cəmiyyət
Bu gün tanınmış oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın doğum günüdür. O, 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
Zərifə Əliyeva Azərbaycanın oftalmologiya elminin inkişafında böyük xidmətlər göstərib. O, vaxtilə ölkədə geniş yayılmış traxoma xəstəliyinin, kimya və elektron sənayesi işçilərində rast gəlinən peşəkar göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində mühüm tədqiqatlar aparıb. Alimin “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi dəyərli elmi əsərləri, 12 monoqrafiyası, 150-yə yaxın elmi işi, bir ixtirası və 12 səmərələşdirici təklifi oftalmologiya sahəsində böyük irəliləyişə səbəb olub.
Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anasıdır.
Görkəmli alim 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Zərifə xanımı dərin hörmət və ehtiramla anırıq!

Allah rəhmət eləsin!

1 kişi ve şunu diyen bir yazı 'Görkamli oftalmoloq alim, akademik, Azerbaycan SSR amakdar elm xadimi, tibb elmlari doktoru, professor ZaRiFa OLİYEVA doğum günüdirp' görseli olabilir
MUASİRMEDİA.AZ
GÜLLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir