Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ərəfəsində müharibə iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin hazırkı vəziyyəti necədir? Həmin abidələrdən biri də Salyan rayonun Şorsulu kəndində ucaldılıb. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksinin ətrafında kənd bələdiyyəsinin təşəbbüsü ilə mütəmadə olaraq təmizlik – abadlıq işləri aparılıb. Kənd bələdiyyəsinin sədri Elmar Xudiyev deyir ki, “keçmişini unudanın gələcəyi olmaz. Biz ata – babalarımızın əziz xatirəsini daima uca tutmalıyıq”.
https://www.youtube.com/watch?v=SkB_ZRn6XbY