Azərbaycanın Xalq rəssamı vəfat etdi

İncəsənət

Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

Xalq rəssamın vəfatı ilə bağlı məlumatı  Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat yayıb.

“Azərbaycan kinosu Rafiz İsmayılovunu itirdi… Çox təəssüf! Allah rəhmət eləsin!”, – deyə o bildirib.

Qeyd edək ki, Rafiz İsmayılov kino rəssamı, rejissor, ssenari müəllifi kimi də fəaliyyət göstərib. O, bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissoru olub.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir