Hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, 23 yaşlı Salyan rayonu Qaraçala qəsəbə sakini Şamil Əmirəliyev və 23 yaşlı Qazax rayon Qaymaqlı kənd sakini Vaqif Əhmədov hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
MUASIRMEDIA.AZ
YAQUB MEHDİ OĞLI GÜLƏR AMİN