Salyanda Ümummilli Lider Heydər Əliyevin 102 illiyi keçirilib-FOTOLAR

Baş səhifə

Salyanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fiziki məhdudiyyətli gənclər arasında yaradıcılıq sərgisi keçirilib. 30 aprel 2025-ci il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fiziki məhdudiyyətli gənclər arasında yaradıcılıq sərgisi keçirilmişdir. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev və “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova bildirdilər ki, bütün həyatını ölkəsinin tərəqqisinə, xalqının rifahının yüksəlməsinə həsr edən Ulu Öndərin Azərbaycan üçün gördüyü misilsiz xidmətləri Azərbaycan xalqı heç zaman unutmur və unutmayacaq. Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları yaşayır və yaşadılır. Sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər söylənilmiş, rəsm sərgisinə baxış keçirilmişdir. Tədbirin sonunda sərgi iştirakçıları Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və
“Murad” Əlillər İctimai Birliyinin diplomları ilə təltif edildilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir