Bu gün Məmməd Səid Ordubadinin anım günüdür.

Tarix
Bu gün görkəmli Azərbaycan yazıçısı, nasiri və publisisti, milli ədəbiyyatımızın formalaşmasında və inkişafında mühüm xidmətləri olan Məmməd Səid Ordubadinin anım günüdür.
Məmməd Səid 1872-ci il mart ayının 24-də Naxçıvanda anadan olub. Onun atası Hacıağa Fəqir dövrünün tanınmış şairi idi. Bədahətən şeirlər deyən Fəqir Ordubadi ailəsinin dolanışığını fəhləliklə təmin edirdi. O, Təbriz və Şirazın tanınmış alimlərinin yanında dərs almış, Ordubada qayıtdıqdan sonra müəllimlik etmiş, şeir yazmağa da elə o illərdə başlamışdı. Görkəmli tənqidçi Məmməd Arif yazırdı ki, “Ordubadinin atası Hacıağa “Fəqir” təxəllüsü ilə məşhur idi. Bu şair “Fəqir” ləqəbini nahaq yerə seçməmişdi, o, doğrudan da fəqir idi…”
49 yaşında vəfat edən Hacağa Fəqir bununla da oğlu Məmməd Səidi taleyin ixtiyarına buraxır. Atası kimi kasıb həyat tərzi keçirən Ordubadi 14 yaşından başlayaraq Ordubad ipək fabrikində fəhləlik edir. Amma o, fəhlə olsa da, təhsilini davam etdirir, Naxçıvan ziyalılarının arasında öz sərbəst düşüncə tərzi ilə seçilir. Atasının şair olmasının ona da təsiri keçmişdi və Məmməd Səidin ədəbi aləmə gəlməsində atasından başqa bir adamın da böyük rolu oldu. Bu, o dövrün tanınmış ziyalılarından biri-“Şərqi-Rus” qəzetinin redaktoru Məhəmməd Ağa Şahtaxtinski idi…
Məmməd Səid Ordubadi 78 illik ömür yolunun yarıdan çoxunu ədəbi-bədii fəaliyyətə, yaradıcılığa, mətbuata həsr edib. Azərbaycan ədəbiyyatına “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Dumanlı Təbriz”, “Qanlı sənələr” kimi sanballı əsərlər bəxş edib. İsa Hüseynov (Muğanna) Ordubadi haqqında danışanda, haqlı olaraq qeyd edirdi ki, Məmməd Səid oxuyub-yazmağı bacarmayan, xurafat və cəfəngiyat girdabında həlak olan Azərbaycan xalqına iri həcmli romanları, “Qılınc və qələm”i gətirmişdi..

.

1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir