YAZ QARI YAQIB İNSANLARA ZİYAN DƏYİB-FOTOLAR

Dünya

Moskvada avtomobil sahibləri növbəti yaz qarı səbəbindən itki veriblər.

“Moskvada və Moskva vilayətində qardan aşmış ağaclar artıq onlarla avtomobilə ziyan vurub. Bəzi yaşayış məntəqələrində naqillər qopduğuna görə elektrik enerjisi yoxdur”, – “Baza” qeyd edib.

Mövcud məlumata görə, ağacların aşması şəhərətrafı qatarların hərəkətini də pozub.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bundan əvvəl də yaz üçün qeyri-adi qar yağacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xilasedicilərin məlumatına görə, yağıntılar mayın 2-də ən azı səhər saat 10-a kimi davam edəcək.

 

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir