kİM YATIB,KİM OYAQ

ölkə

Azərbaycan mediası yalnız sifarişlə işləməyə məcbur edilib. Ağzın nədir başqa cür fikirləşəsən. Tezis , kimisə söyüb sıradan çıxarmaq bu gün bəzi media qurumlarının yüksəlişi, paketi deməkdir. Bəli,düz deyir Ədil Ədilzadə, gorünən dağa nə bələdçi. Vətəndaş Cəmiyyəti nə gündədisə Azərbaycan mediası da eyni ağrını çəkir. Əli Həsənovun sevimliləri necə bəslənirdisə, indiki kurator da eyni yolu gedir. Axırı xeyir olsun medianın da, VC- nın da. Amma heyif ki, itirən dövlətdir.

XXXXXX

Bu maraqlı şəkilə heç bir mövqe bildirməyə ehtiyac yoxdur. Görünən dağa bələdçi lazım deyil…
Amma mənə maraqlı olan forumun adıdır – “İctimai proseslər media müstəvisində”…
Bu mövzunu bir qədər açaq. Bəlkə bilməyənlər də öyrənər.
Adından da göründüyü kimi, cəmiyyətin müxtəlif sahələrində, siyasət, iqtisadiyyat, sosial həyat, mədəniyyət və s. baş verən hadisələrin, dəyişikliklərin və tendensiyaların mediada necə əks olunduğunu, medianın bu proseslərdə oynadığı rolu və təsirini müzakirə edən forum.
“İctimai proseslər” dedikdə nələr nəzərdə tutulur?
Cəmiyyətdə baş verən hadisələr və dinamikalar,
Seçkilər və qərarlar
İctimai narazılıqlar, mitinqlər
Qanunvericilik təşəbbüsləri
Sosial problemlər (işsizlik, təhsil, səhiyyə və s.)
Gənclərin fəallığı və vətəndaş cəmiyyəti
Mədəniyyət və dəyərlərin dəyişməsi
“Media müstəvisi” isə bu hadisələrin mətbuat, televiziya, sosial media, onlayn platformalar və s. vasitəsilə işıqlandırılması, ictimaiyyətə çatdırılması və ictimai rəyin formalaşdırılmasında rolu deməkdir.
İndi siz deyin, bu gün medianın ictimai rəyin formalaşlmasında rolu nə qədərdir? Xeyirmi verir, ziyanmı vurur?

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir