Ailə səadətinin səbəbkarları Mişkinaz xanım Hüseyn Cavidin həyat yoldaşı

Tarix
Mişkinaz xanım Hüseyn Cavidlə 1918-ci ilin isti yay günlərinin birində ailə qurmuşdu. Maraqlı tarixçəsi olan bu ailə səadətinin səbəbkarları bir-birilərini təmənnasız sevir və hörmət edir, imkansız yaşasalar da özlərini xoşbəxt sayırdılar. Ailə qurduğu zaman heç bir savadı olmayan Mişkinaz xanımın ilk müəllimi də elə həyat yoldaşı Hüseyn Cavid olur. O, Mişkinaz xanımı özünün ilk oxucusu görmək istəyirdi. Buna görə evləndikdən bir neçə gün sonra ona əlifbanı öyrətməyə başlayır. Həyat yoldaşının dəstəyi ilə Mişkinaz xanım qısa zaman ərzində oxuyub – yazmağı öyrənir. Hətta “İblisin intiqamı” pyesinin Mişkinaz xanımın xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də, çox güman ki, itəcəkdi… İki uşaqlı bu xoşbəxt ailənin gözqamaşdıran səadəti isə çox qısa sürür. Cəmi 20 il… 1937-ci ildə Hüseyn Cavid əfəndinin həbsi ilə onun ailəsi – həyat yoldaşı Mişkinaz xanım, qızı Turan, oğlu Ərtoğrul çox çətin günlər yaşayır…
Foto: Hüseyn Cavidin Ev Muzeyi

 MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTÖĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir