Qazaxıstanın Aktau şəhərində yerləşən Yesenov Universitetində tədbir keçirilib-FOTOLAR

Təhsil
Bu gün Qazaxıstanın Aktau şəhərində yerləşən Yesenov Universitetinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda elmi-praktik konfransda kafedramızın müəllimi s.e.ü.f.d. Eldar Cəfərovla birgə iştirak etdik. Konfransda “Beynəlxalq suverenlik və Azərbaycanın xarici siyasət kursunun Konstitusiya zəmanətləri” adlı məruzə ilə çıxış etdim. Konfransın ərsəyə gəlməsində böyük xidmətləri olan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı və Aktau şəhərindəki Azərbaycan Mərkəzinin direktoru İlkin Orucova xüsusi təşəkkürümüzü bildiririk.
MUASİRMEDİA.AZ