Suraxanı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Cəmiyyət
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltlanma işləri davam etdirilir.
Hazırda Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi Elmaz Hacıyevin adını daşıyan küçədə 3450 kv/m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.

MUASİRMEDİA.AZ