Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Moskvada yaşayış binasında mənzildə partlayış və yanğın baş verib. Partlayışdan sonra (ehtimal ki, qazdan) bir neçə mənzilə ziyan dəyib, bir neçə pəncərədən açıq atəş görünüb. Ən azı 2 nəfər ölüb – onların cəsədləri yanğınsöndürənlər tərəfindən 9-cu mərtəbənin eyvanında aşkar edilib. KİV-in məlumatına görə, 6 nəfər üst mərtəbədə sıxılmış vəziyyətdə qalıb. Qurbanların ilkin sayı uşaqlar da daxil olmaqla 12 nəfərə çatıb.
https://www.youtube.com/watch?v=Ra26U5fzi40
MM.AZ
YAQUB MEHDİ OĞLU