İtkin düşən şəhid atası ABDULLAYEV tapıldı

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda vətəndaş – 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində K.Abdullayev qonşu rayon olan Göygöldə tapılıb. Onun meşəlik əraziləri keçərək digər rayonun ərazisinə getdiyi məlum olub.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir