Antalya sahillərində köpək balığı peyda olub

Dünya

Antalyanın Konyaaltı sahilində dünən gərgin anlar yaşanıb. Təxminən 2 metr uzunluğunda olan köpəkbalığı dayaz sularda görünmyə başlayıb. Həmin vaxt suda üzənlər və qumda dincələnlər olur. Sahildə dincələnlər daş ataraq köpəkbalığını uzaqlaşdırmağa çalışıblar. Mütəxəssislər belə halların nadir olsa da baş verə biləcəyini bildirərək dənizə girənlərə ehtiyatlı olmağı və şübhəli vəziyyətlərdə dərhal rəsmi qurumlara məlumat verməyi tövsiyə ediblər. Rəsmilər isə ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və dənizdə təhlükəsizliyin təmin olunması üçün işlərin davam etdiyini açıqlayıblar. Qeyd edək ki, Antalya və Bodrum yayda azərbaycanlıların da üz tutduğu istirahət zonalarındandır.

MM.AZ
YAQUB MEHDİ OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir