“Mixaylo” ilə gizli təşkilatı yaradan Mirdamət Seyidov

Tarix
 O Uzaq sahillərdə filmindəki Veselinin real həyatdakı adıdır.
Mirdamət Seyidov və Mehdi Hüseynzadə (Mixaylo) 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – Opçine adlı yerdə faşistlərin toplaşdığı kinoteatrı partladırlar. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri ölür 110 nəfəri isə ağır yaralanır. Mirdamət Seyidovun ən böyük əməliyyatlarından biri Triest şəhərində almanların restoranını partlatması olmuşdu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girirlər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoyurlar, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxırlar. Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan olur.
M.Seyidov əslən Göygöl rayonunun Qızılca kəndindəndir.
Ehtiramla anırıq.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir