“Bəxt üzüyü” filminin çəkilişləri zamanı Şüvəlan sakinlərindən biri çəkiliş heyətinə təmənnasız kömək edir. O, könüllü olaraq gah hansısa işi görür, gah da axşam aktrisalara gül gətirərdi. Belə olduqda rejissor Ramiz Əzizbəyli “səni də filmə çəkəcəyəm” deyib, onu da filmə çəkir. Lakin həmin şəxsin səsi yaxşı olmadığından Ramiz Əzizbyli özü “Qatıq var, qatıq alan” deyə onun əvəzinə qışqırır.
MUASİRMEDİA.AZ
Anar Tağıyev