Con D. Rokfeller, 1839-cu ildə doğulub və Standard Oil-in qurucusu olaraq sadəcə varlı bir insan deyil, dünyanın ilk milyarderi olub.
25 yaşında: ABŞ-ın ən böyük neft emalı zavodlarından birinin sahibi idi.
31 yaşında: dünyanın ən iri emalçısı oldu.
38 yaşında: ABŞ-dakı neftin 90%-ni idarə edirdi.
50 yaşında: Amerikanın ən varlı adamı idi.
Həyatındakı hər addım planlı idi.
Hər hərəkəti sərvət toplamaq üçün hesablanmışdı.
Və o, təsəvvür olunmaz dərəcədə uğur qazanmışdı.
Amma 53 yaşında…
Bədəni zəifləməyə başladı.
Saçları töküldü. O yeməyi belə çətinliklə yeyirdi.
Həkimlər dedilər ki: «Çox az ömrünüz qalıb».
O, hər şeyi satın ala bilərdi, amma yalnız şorba və çörək yeyə bilirdi.
Sevinc yox. Dincəlmək yox. Sakitlik yox.
Dünyanın ən zəngin adamı… asta-asta ölürdü.
Sonra isə nəsə dəyişdi.
Bir səhər o, pulla susdura bilməyəcəyi bir həqiqəti anladı:
O, özü ilə o biri dünyaya 1 dollarını belə apara bilməyəcək.
Həmin gün Rokfeller qərar verdi ki hər şeyi geri verəcək…
O, xəstəxanalar, universitetlər, elmi tədqiqatlar, milyonların həyatını xilas edəcək penisilinin kəşfini maliyyələşdirdi.
Rokfeller Fondu yaratdı — və öz hekayəsini yenidən yazdı.
Və möcüzə baş verdi.
Bir il ərzində öləcəyi proqnozlaşdırılan insana
98 yaşına qədər yaşamaq qismət oldu.
O, sadəcə sağalmadı.
O, yaşamaq üçün səbəb tapdı.
Sonralar belə yazırdı:
«Tanrı mənə öyrətdi ki, hər şey Ona məxsusdur… Həyatım o vaxtdan bəri uzun və xoşbəxt bir bayramdır… iş və əyləncə ilə dolu. Narahatlıqlarımı geridə buraxdım və Tanrı hər günümü möcüzəvi etdi».
Hər şeyin bir sonu var, amma insanın əsl irsi — etdiyi yaxşılıqlardır.
MUASİRMEDİA.AZ