Bu gün alman faşizminə qarşı müharibənin qələbə ilə başa çatdığı gündür. 1939-cu il sentyabrın 1-də faşist Almaniyası Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu, bəşəriyyət tarixində möhtəşəm, unudulmaz bir hadisədir. Bu savaşda Azərbaycanın da payı böyük olub — 600 mindən çox azərbaycanlı cəbhəyə yollanaraq qəhrəmanlıq göstərib.
Azərbaycan xalqı həm döyüş meydanında, həm də arxa cəbhədə misilsiz fədakarlıqlar nümayiş etdirib. Qələbə günündə onların xatirəsi ehtiramla anılır.
Həmin illərdə Gəncədən 25 643 nəfər əsgər, 731 nəfər zabit ordu sıralarına səfərbər olunub. Onlar, əsasən, Azərbaycanda formalaşan milli diviziyaların sıralarında vuruşurdu.
MUASİRMEDİA.AZ