Alimlərin fikrincə, limon qoxusu beyində serotonin və dopamin kimi “xoşbəxtlik hormonlarının” səviyyəsini artırır. Limon qoxusu həmdə mədə qıcqırmasına kömək edir.
Araşdırmada iştirak edən könüllülər limon yağı ilə aromaterapiya tətbiq edildikdən sonra daha az gərginlik və narahatlıq hiss etdiklərini bildiriblər. Hətta onların qan təzyiqi və ürək döyüntülərində də müsbət dəyişikliklər qeydə alınıb.
Tokio Universitetindən tədqiqatçı Dr. Nakamura bildirir: “Limonun tərkibindəki limonen və linalool kimi maddələr sinir sistemini müsbət istiqamətdə stimullaşdırır. Xüsusilə gündəlik stress və emosional yüklənmə ilə mübarizədə limon aroması təbii dəstək vasitəsi kimi istifadə oluna bilər.”
Mütəxəssislər evdə və iş yerində təbii limon yağı istifadə etməyi, bəzən də limonlu çay içməyi məsləhət görürlər. Amma bildirirlər ki, limon yağı dəridə və günəş altında qıcıqlanma yarada biləcəyi üçün diqqətli istifadə edilməlidir. MUASİRMEDİA.AZ