“Bu, Mülki Məcəllədən irəli gəlir. Təbii ki, bir günə görə gecikmə məbləği müəyyənləşdirilə bilər. Paralel olaraq, maaş kartından xəbərdarlıq olmadan tutulmalar da mümkündür. Əgər vətəndaş krediti maaş və pensiya aldığı bankdan götürübsə, müqavilədə müvafiq maddələr qeyd olunur. Yəni ödənişlər vaxtında olmasa, həmin kartlardan pul tutulacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri görüş zamanı bildirildi ki, insanlara sərbəstlik veriləcək.
Yəni vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə, yaxud mövcud bankı dəyişə biləcəklər. Belə olarsa, artıq bank kredit ödənişləri geciksə belə, həmin kartlardan pul tuta bilməyəcək. Tutaq ki, maaşımı “A” bankından alıram və ordan kredit götürmüşəm. Gecikməyə yol versəm, kartımdan tutulacaq. Amma başqa banka müraciət edirəm, iş yerimə də bildirirəm ki, əməkhaqqımı “B” bankına göndər. Beləliklə, bank mənim maaş kartımdan pul tuta bilmir”.
MUASİRMEDİA.AZ