Putin: Ərdoğandan bunu istəyəcəm Ukrayna danışıqları Türkiyədə keçirək

Dünya

Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.

Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib.

“Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”, – ölkə başçısı qeyd edib.

O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.

“Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”, – Putin söyləyib

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir