İrqçiliyin hökm sürdüyü bir zamanlar Amerikada balaca qaradərili oğlan yaşayırdı

Dünya
İrqçiliyin hökm sürdüyü bir zamanlar Amerikada balaca qaradərili oğlan yaşayırdı. O, qaradərililərin insan sayılmadığı bir vaxtda uzaq 1929-cu ildə doğulmuşdur. Elektrik stuluna bağlanıb, edam edildikdə isə onun cəmi 14 yaşı vardı.
Məhkəməsinin başlanğıcından, öldürüləcəyi günə qədər günahsız olduğunu deyərək, hər zaman əlində incil ilə gəzirdi. O, 11 yaşlı Betti və 7 yaşlı Mari adlı qızları qətlə yetirməkdə günahlandırılırdı. Səbəb isə hadisə zamanı sadəcə qızların evlərinin yaxınlığında tapılmağı idi.
Corc haqqında verilən ədalətsiz qərarda məhkəmə jürilərinin böyük rolu vardı. Onlar hamısı ağdərili idilər və Stinini günahkar sayırdılar. Onların fikrincə, Corcun qaradərili olması, artıq onu günahkar edirdi.
Corcun məhkəməsi cəmi 2 saat çəkib və 10 dəqiqə ərzində qərar verilmişdir: Günahkar! Beləcə, 14 yaşlı uşaq ədalətsiz olaraq ölüm hökmünə məhkum edildi.
Ən dəhşətlisi isə 14 yaşlı Corc öldürülməzdən əvvəl 81 gün valideynlərini görə bilməməsi idi. O, yaşadığı yerdən 80 km uzaqda idi və onu müdafiə edən bir vəkil belə yox idi.

1944-cü ildə Stini elektrik stuluna oturdulur. Corcun cəmi 40 kiloqram çəkisi və 1.55 boyu var idi. Onun ölçüləri elektrik stuluna uyğun deyildi. Corcun boyunu uzatmaq üçün əlindəki İncil kitabını onun altına qoyurlar. Başına 5380 volt elektrik gərginliyi verilərək əzab içində, 4 dəqiqəyə dünyasını dəyişir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir