İsveçrənin Bazel şəhərində “Avroviziya-2025” mahnı müsabiqəsinin ilk yarımfinalı artıq başlayıb.
Birinci yarımfinalda Azərbaycan da daxil olmaqla, 15 ölkə təmsilçisi yer alacaq.
Azərbaycan 10 nömrə altında çıxış edəcək. Ölkəmizi bu il “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.