Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib-FOTO

Dünya

Rusiya əsirliyində olmuş Nəriman Cəlalov SƏFİR GÖNDƏRİLDİ-ZELENSKİDƏN…

Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.

 Müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

1980-ci ildə Özbəkistanda anadan olan N.Cəlalov Krım Tatar Xalq Məclisinin sədrinin müavini, eyni zamanda jurnalist və hüquq müdafiəçisidir.

O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, burada Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.

2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən diversiya ittihamı ilə saxlanılıb.

2022-ci ildə 17 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü il iyunun 28-də əsirlər mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.

MUASİRMEDİA.AZ 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir