1982-ci ildə ABŞ-ın Corciya ştatında Angela Cavallo adlı qadın ağlasığmaz bir şey edir.
Onun oğlu köhnə avtomobilinin altında təmir işləri görərkən qəfildən hidravlik domkrat qırılır. Çəkisi bir ton yarımdan çox olan avtomobil gurultu ilə oğlunun üzərinə düşür. Səs-küyü eşidən Angela dərhal evdən çölə qaçır və yalın əlləri ilə maşını oğlunun üstündən qaldırır.Qonşular gəlib oğlunu xilas edənə qədər o, maşını havada saxlamağı bacarır. O, nə idmançı, nə də bodibilder idi. İdman zallarına da heç vaxt getməzdi. O, sadəcə ana idi. Elm adamları bunu “hipermaternal reaksiya” adlandırırlar: ana instinktinin yaratdığı an, bədənə qeyri-adi adrenalin verir və bir neçə saniyə ərzində ona fövqəlbəşəri güc gəlir. Bütün analar avtomobil qaldıra bilməsələr də, onların hər biri sizi öz bildiyi yol ilə xilas edəcək. Ona görə də onları qucaqlayın. Onlara zəng edin.Onları unutmayın. Çünki əsl möcüzənin adı anadır.
MUASİRMEDİA.AZ