Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanıldı

Hadisə
Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar — 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.
Onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir