Biləsuvar rayonunun Xırmandalı kəndində ildırım vurması hadisəsi baş verib. Belə ki, kənd sakini, 44 yaşlı Ramin Bəşirov həmkəndlisi və əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı tarladan evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım çaxıb və onlar yağışdan qorunmaq üçün yaxınlıqdakı ağacın altına qaçmağa çalışıblar. Elə həmin an ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib – şok dalğası düz qulaq nahiyəsindən keçərək onu yerə yıxıb. Qeyd edək ki, həmin gün güclü ildırım Biləsuvar rayonunun digər hissələrində də fəsadlar törədib. Belə ki, ildırım nəticəsində bir vətəndaşın mənzil təsərrüfatına da ziyan dəyib. Daha ətraflı Space Xəbərdən izləyək.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU