Hökmünün hikkəsi dar ağacıdı

Cəmiyyət
Hökmünün hikkəsi dar ağacıdı
Asılan görünür, asan görünmür
Elə daraldılıb çıxış yolları
Yaşamaq elə də asan görünmür
Yesir ayağında dartır tələni
Dizi qırılsa da dartır şələni
Yediyi fəryadı, ahı naləni
Qusduran görünmür qusan görünür
Şər doğar, olmayan qanda paklığı
Göstərər ən iyrənc donda paklığı
Çirkin əməllərin sonda paklığı
Salavat çevirib, yusan görünmür
Yananın özünə odu yaxdırır
Mütə oxutdurur, mehr oxutdurur
Əcaib-qəraib sehr oxutdurur
Susduran görünmür, susan görünür
Həyatın qaralar, qarğışın olsa
Həyat sığortandı alğışın, olsa
Dilinə ip salar yanlışın olsa
Coşduran görünmür, coşan görünür
Ağaran birçəyə, yaşa tüpürmə
Fıxırıb torpağa, daşa tüpürmə
Boşuna hayxırıb başa tüpürmə
Nəyin var, nəyin yox busan, görünür
Həyat arsızlara asan görünür.
ABBASOV NİZAMİ
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir