Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə “Narkomaniya və erkən nikaha yox deyək”,
“Kiberdələduzluq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici görüş təşkil olunub.
“Kiberdələduzluq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Astara RPŞ-nin rəisi polis polkovniki Azər Cəfərov çıxışında bildirib ki, narkomaniya, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi bəşəriyyətin sağlam gələcəyini və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir. Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də aktuallaşır.
Şöbə rəisi görüş çərçivəsində kibertəhlükəsizliklə bağlı görülməli olan ehtiyat tədbirlərini sadalayıb, şübhəli zənglərdən gələn cəlbedici qazanc, bank hesablarının möhkəmləndirilməsi təkliflərinə diqqətlə yanaşmağı, heç bir halda fərdi və bank kartı məlumatlarını qarşı tərəfə verməmək barədə tövsiyyələrini diqqətə çatdırıb.



MUASİRMEDİA.AZ